“Everton” Qrilişi cəzalandırdı

"Everton” Cek Qrilişi intizam qaydalarını pozduğuna görə komandanın oyun heyətindən kənarlaşdırıb.

Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu bazar ertəsi klubun icazəsi olmadan məşqə qatılmayıb. Baş məşqçi Devid Moyes futbolçunun “Nyukasl”la kubok matçının iştirak ərizəsinə salınmaması qərarını rəhbərliklə birlikdə verib. 

Qeyd edək ki, Qriliş ötən mövsüm də “Everton”da icarə əsasında çıxış edib. 

Onun “Mançester Siti” ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.