Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Neftçi” klubunun üzvü Qustavo Klisman mükafatlandırılıb.
Sportline.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı Misli Premyer Liqasının 10-cu turunun Şamaxı şəhər stadionunda keçirilən “Şamaxı” – “Neftçi” görüşündən əvvəl Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.
