Murad Məmmədov üçün 17 dəqiqə

Kipr çempionatında 8-ci turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Apollon"un qonağı olub. Qarşılaşma heç-heçə başa çatıb.

“Apollon” - “Pafos” - 2:2
Qollar: Lele, 28 (0:1), Ozbolt, 37 (1:1), Tomas, 67 (2:1), Anderson Silva, 88-pen. (2:2)

Matça ehtiyat oyunçular skamyasından başlayan Murad Məmmədov 73-cü dəqiqədə Nikolas İoannounun əvəzinə meydana daxil olub.

Bu nəticədən sonra "Pafos" 13 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.