Bu gün "Liverpul" - "Arsenal" matçı var
İngiltərə Premyer Liqasında 9-cu turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, bu gün turun mərkəzi oyununda “Liverpul “Arsenal”ı qəbul edəcək.
“Enfild Roud”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
"Arsenal" 8 oyundan sonra 21 xalla “Mançester Siti” ilə 1-2-ci yerləri bölüşür. “Liverpul” 15 xalla 5-ci pillədədir.