Milan derbisində göz oxşayan qollar

Ötən gecə İtaliya A seriyasının 10-cu turunun mərkəzi qarşılaşması keçirilib.

Sportline.az xəbər verir ki, “Milan” və “İnter” komandaları üz-üzə gəlib.

Əzəli rəqiblərin "San Siro”dakı matçı "Milan"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Buna qədər komandalar arasında son 5 rəsmi qarşılaşmada “Milan” 3 dəfə qalib gəlib, 2 oyun isə heç-heçə ilə başa çatıb. “İnter” bu matçlarda rəqibinə qalib gələ bilməyib.

"Milan" – "İnter" - 3:1

Qollar: Kristian Pulişiç, 4, Adryen Rabio, 10, Dioqu Moreyra, 43 – Alessandro Bastoni, 22

10 turdan sonra "İnter" 25 xalla turnir cədvəlində 2-ci, 21 xal toplayan "Milan" isə 4-cü pillədə qərarlaşıb.