Super Liqa: “Trabzonspor”dan inamlı qələbə
Türkiyə Super Liqasında X turun matçları davam edir.
Sportline.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma keçirilib.
“Amed” doğma meydanda “Eyüpspor”u 5:1, “Başakşehir” isə “Samsunspor”u 5:2 hesabı ilə darmadağın edib.
“Trabzonspor” öz meydanında “Qaziantep”i qəbul edib. Qara dəniz təmsilçisi bu oyunda da azarkeşlərini sevindirməyi bacarıb. Ev sahibləri rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu qələbə “Trabzonspor”un Super Liqada ardıcıl dördüncü qələbəsi olub.