“Arsenal”ın gənc futbolçusuna ağır cəza

"Arsenal”ın gənc futbolçusu Maks Douman üç oyunluq cəzadan yayına bilməyib. 

Sportline.az xəbər verir ki, London təmsilçisinin futbolçunun qırmızı vərəqəsi ilə bağlı apellyasiyası müstəqil komissiya tərəfindən rədd edilib.

Beləliklə, 16 yaşlı yarımmüdafiəçi “Liverpul”, “Hall Siti” və “Nyukasl”la qarşılaşmalarda komandasına kömək edə bilməyəcək.

Douman “Flitvud”la Liqa Kuboku matçında baş verən insidentdən sonra meydandan qovulmuşdu. “Arsenal” rəhbərliyi qərarın dəyişdirilməsinə çalışsa da, buna nail ola bilməyib.