Porro üçün "El-Klasiko"

"Tottenhem"in sağ cinah müdafiəçisi Pedro Porro klubdan ayrılmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, "Real Madrid" və "Barselona" 27 yaşlı oyunçunu heyətinə qatmaq üçün yarışa girib.

27 yaşlı oyunçunun transfer qiyməti 45 milyon avrodur.

Qeyd edək ki, P.Porronun "mahmızlar"la sözləşməsi 2031-ci ilin iyun ayına qədərdir.