“Mançester Yunayted” İvan Toniyə maraq göstərir
“Mançester Yunayted” hücum xəttini gücləndirmək üçün İvan Toninin transferini nəzərdən keçirir.
Sportline.az xəbər verir ki, İngiltərə klubu Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasında çıxış edən hücumçu ilə bağlı ilkin sorğu göndərib.
30 yaşlı futbolçu İngiltərə Premyer Liqasına qayıda bilər.
Məlumata görə, “Mançester Yunayted” Dominik Kalvert-Lyuinlə bağlı marağını isə dayandırıb.
Qeyd edək ki, Toni daha əvvəl İngiltərədə “Brentford”un formasını geyinib.