"Atletiko Madrid" "Bavariya" ilə münasibətlərini aydınlaşdıracaq

UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura start verilir.

Sportline.az xəbər verir ki, "Atletiko Madrid" "Vanda Metropolitano" stadionunda "Bavariya" ilə üz-üzə gələcək.

Madrid klubunda yeganət itki Coni Kardozonun adı ilə bağlıdır.

Münhen təmsilçisində ciddi itkilər var. Manuel Noyer, Camal Musiala, Luiz Diaz zədəlidir. Maykl Olisenin durumuna oyun saatında aydınlıq gələcək.

Qeyd edək ki, "Atletiko Madrid" - "Bavariya" görüşü bu gün Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq. Oyunda söz sahibi fransalı Fransua Leteksiye olacaq.