"Mançester Yunayted" "Roma"nı qəbul edəcək
UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura start verilir.
Sportline.az xəbər verir ki, işləri yolunda getməyən "Mançester Yunayted" "Old Trafford"da "Roma" ilə üz-üzə gələcək.
"Qırmızı şeytanlar"ın heyətində itkiləri sayı çoxdur. Amad Diallo, Markus Reşford, Luk Şou, Patrik Dorqu, Benyamin Şeşko və Manuel Uqarte baş məşqçi Maykl Kerrikin sərəncamında olmayacaq.
İtaliya klubunda Lorenzo Pelleqrini, Paulo Dibala, Manu Kone və Mayl Sivilar oyunun iştirak ərzəsində yer almayıb.
Qeyd edək ki, "Mançester Yunayted" - "Roma" oyunu bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.