"Barselona" "Aston Villa" ilə üz-üzə gələcək
UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü tura start verilir.
Sportline.az xəbər verir ki, "Barselona" "Nou Kamp"da "Aston Villa" ilə üz-üzə gələcək.
Kataloniya klubunda Jül Kunde, Erik Qarsia, Andreas Kristensen və Roni Bardci zədəlidir.
Birmingem təmsilçisində Aaron Van-Bissaka, Matteo Ruggeri və Amadu Onana baş məşqçi Unay Emerinin sərəncamında olmayacaq.
Qeyd edək ki, "Barselona" - "Aston Villa" görüşü bu gün Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq. Qarşılaşmanın ədalət təmsilçisi italiyalı Davide Massa olacaq.