Trentin “Liverpul”a qayıdışı gündəmdə deyil

İnsayder Fabrizio Romano Trent Aleksandr-Arnoldun “Liverpul”a qayıdacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Sportline.az xəbər verir ki, Romano bildirib ki, İngiltərə klubu müdafiəçinin transferi ilə bağlı heç bir ciddi danışıqlara başlamayıb.

“Trentin “Liverpul” mümkün qayıdışı ilə bağlı xəbərlər tamamilə əsassızdır. Klub onu geri gətirmək üçün konkret və ya ciddi müzakirələr aparmayıb”, – deyə insayder vurğulayıb.

Onun sözlərinə görə, futbolçu hazırda “Real”dan ayrılmağı planlaşdırmır.