Mourinyodan Trent barədə açıqlama
Joze Mourinyo Trent Aleksander-Arnoldun “Real”dakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Sportline.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi ingiltərəli müdafiəçinin son çıxışından razı qalıb.
Mourinyo futbolçunun uzun müddət oynamadıqdan sonra keyfiyyətlərini nümayiş etdirməsini müsbət qiymətləndirib.
Qeyd edək ki, Trentin qış transfer pəncərəsində “Liverpul”a qayıdacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin insayder Fabritsio Romano bu keçidlə bağlı konkret danışıqların olmadığını bildirib.