Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqası oyununa təyinat alıb.

Sportline.az xəbər verir ki, o, "Selta" (İspaniya) və Belçika "Yunion"u arasında keçiriləcək Liqa mərhələsinin 4-cü turunun matçını idarə edəcək.

Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, İspaniyanın Viqo şəhərində noyabrın 5-dən 6-na keçən gecə  keçiriləcək  "Selta" - "Yunion" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.