“Liverpul” iki futbolçu ilə maraqlanır

"Liverpul” Vircil van Deykin mümkün əvəzləyicilərini müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, İngiltərə klubu “Borussiya”nın müdafiəçisi Niko Şlotterbek və “Nottingem Forest”in futbolçusu Murillo ilə maraqlanır.

Məlumatda bildirilir ki, mersisaydlılar hər iki oyunçunu gələcək transfer planlarına daxil ediblər. “Liverpul”un müdafiə xəttində dəyişikliklər etməyi düşündüyü iddia olunur.

Qeyd edək ki, bu məlumat hələlik transfer iddiası olaraq qalır.