“Arsenal"dan 50 milyon avroluq transfer
"Arsenal” “Monako”nun hücumçusu Paris Brunneri transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, London klubu 20 yaşlı futbolçunun çıxışını yaxından izləyir. “Çelsi” də almaniyalı hücumçu ilə maraqlanan komandalar sırasındadır.
Məlumata əsasən, Brunnerin transfer qiyməti təxminən 50 milyon avro olaraq dəyərləndirilir.
Qeyd edək ki, gənc futbolçu daha əvvəl “Borussiya”nın Dortmund təmsilçisinin formasını geyinib.