"Liverpul" danışıqlara başlayıb
"Liverpul” “Monako”nun yarımmüdafiəçisi Lamin Kamaranı transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, mersisaydlılar seneqallı futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq mümkün transferlə bağlı məlumat əldə ediblər.
Kamara yayda “Çelsi”yə keçməyə yaxın olsa da, “Monako” son anda razılaşmanı dayandırıb. London klubu həmin vaxt futbolçu üçün təxminən 47 milyon funt ödəməyə hazır idi.
“Liverpul”un da yarımmüdafiəçini heyətinə qatmaq istədiyi bildirilir.
“Çelsi” və “Liverpul” arasında Lamin Kamara uğrunda rəqabət qış transfer pəncərəsində daha da güclənə bilər.