Fermin Lopez “Barselona”dan ayrılmaq istəmir

Fermin Lopez “Barselona”da qalmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, “Mançester Yunayted”in maraq dairəsində olan ispaniyalı yarımmüdafiəçi Kataloniya klubundan ayrılmaq istəmir.

Məşhur insayder Fabritsio Romano futbolçunun mövqeyini açıqlayıb. Onun sözlərinə görə, Fermin “Barselona”nı sevir və karyerasını burada başa vurmaq arzusundadır.

“Fermin Lopez ‘Barselona’ya aşiqdir”, – deyə Romano bildirib.

Qeyd edək ki, “Barselona” da 23 yaşlı futbolçunu komandada saxlamaqda maraqlıdır.