"Real Madrid"ə keçmək istəyir

"Mançester Yunayted”in gənc futbolçusu JJ Qabriel PSJ-nin yaxşılaşdırılmış müqavilə təklifini qəbul etməyib.

Sportline.az xəbər verir ki, 16 yaşlı oyunçu karyerasını “Real Madrid”də davam etdirmək istəyir.

İngiltərə təmsilçisinin gənc futbolçusu əsas komandada oynamaq imkanlarının azlığından narazıdır. Onun nümayəndələrinin İspaniyaya keçidi prioritet hesab etdiyi bildirilir.

“Real”ın Qabriel üçün üçillik müqavilə paketi hazırladığı iddia olunur.

“Barselona” və “Bayern”in də maraq göstərdiyi futbolçunun gələcəyi yaxın günlərdə aydınlaşa bilər.