Harri Keyn yeni müqaviləyə yaxındır
“Bavariya” hücumçusu Harri Keyn klubla yeni müqavilə imzalamağa yaxın olduğunu açıqlayıb.
Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu bu barədə UEFA Çempionlar Liqasının 4-cü turunda “Atletiko” ilə oyun öncəsi danışıb. Keyn yeni anlaşmanın reallaşmasına çox az qaldığını bildirib. O, komandanın çətin həftə keçirdiyini, lakin yaşanan problemlərin futbolçuları daha da birləşdirdiyini vurğulayıb.
Qeyd edək ki, “Bavariya” son günlərdə bir sıra əsas futbolçularını zədə səbəbindən itirib.