“Bu, müdafiə baxımından əsl ustad dərsi idi”
İngiltərə futbolunun tanınmış şərhçisi Qari Nevill “Arsenal”ın “Liverpul” üzərində qələbəsindən sonra London klubunun müdafiə oyununu yüksək qiymətləndirib.
Sportline.az xəbər verir ki, "topçular” “Enfild”də 1:0 hesabı ilə qalib gələrək rəqibinə qol vurmağa imkan verməyib.
Nevill komandanın müdafiə xəttinin oyunundan heyrətləndiyini gizlətməyib.
“Bu, müdafiə baxımından əsl ustad dərsi idi”, – deyə o bildirib.
“Arsenal”ın rəqibə qarşı kollektiv şəkildə müdafiə olunmasını xüsusi qeyd edən şərhçi komandanın bu mövsüm çempionluq uğrunda mübarizədə çətin rəqib olacağını vurğulayıb.
“Arsenal” bu qələbə ilə Premyer Liqanın turnir cədvəlində liderliyini möhkəmləndirib.