"Vest Hem"dən ayrıldı

İngiltərənin “Vest Hem” klubu baş məşqçi Nunu Espiritu Santunu istefaya göndərib.

Sportline.az xəbər verir ki, London təmsilçisi portuqaliyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.

Klubun yaydığı bəyanatda qərarın mövsümün uğursuz başlanğıcı ilə əlaqədar qəbul edildiyi bildirilib.

“Rəhbərlik mövsümün startını ətraflı təhlil etdikdən sonra dəyişiklik etməyin zəruri olduğu qənaətinə gəlib”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, “Vest Hem” Çempionşipdə liderdən 6 xal geri qalaraq 8-ci pillədə qərarlaşıb.