Ferdi Kadıoğlunun yaşıl meydanlara qayıdışı gözlənilir

“Brayton”un futbolçusu Ferdi Kadıoğlunun yaxın günlərdə sıraya dönməsi gözlənilir.

Sportline.az xəbər verir ki, baş məşqçi Fabian Hürzeler türkiyəli müdafiəçinin “Mançester Siti” ilə oyunu buraxmasına baxmayaraq, onun bərpasına müsbət yanaşır.

Mütəxəssis bildirib ki, futbolçu məşq etsə də, narahatlığı davam etdiyi üçün riskə getməyiblər.

Hürzeler Ferdi Kadıoğlunun “Xetafe” ilə noyabrın 5-də keçiriləcək qarşılaşmada oynamaq şansının olduğunu deyib.