Romeo Lavia: “Özümü yaxşı hiss edirəm”

“Çelsi”nin yarımmüdafiəçisi Romeo Lavia uzun müddət davam edən zədə problemlərindən sonra yenidən sabit çıxış etməyə başlayıb.

Sportline.az xəbər verir ki, belçikalı futbolçu “Mançester Yunayted”lə matçda ardıcıl ikinci dəfə 90 dəqiqə meydanda qalıb. Görüşdən sonra açıqlama verən Lavia deyib:

“Özümü yaxşı hiss etdiyim müddətdə komandaya belə nəticələr qazanmaqda kömək etmək üçün əlimdən gələni edəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm və çıxışımdan çox məmnunam”.

O, klubda aparılan işlərin müsbət nəticə verdiyini də bildirib.