"Fənərbağça" "Liverpul"a qarşı
UEFA Çempionlar Liqasının liqa mərhələsində 4-cü turun oyunıları davam edir.
Sportline.az xəbər verir ki, "Fənərbağça" "Şükrü Saracoğlu"da "Liverpul"la qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda İstanbul klubunda əsas itki Natan Ake, Marko Asensio və Ceyden Ostervoldenin adı ilə bağlıdır.
Mersisayd təmsilçisində Jeremi Frimponq, Hüqo Ekitike, Konor Bredli və Ciovani Bredli zədədən əziyyət çəkir.
Qeyd edək ki, "Fənərbağça" - "Liverpul" görüşü bu gün Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Oyunda söz sahibi fransalı hakim Kleman Türpen olacaq.