"Qalatasaray" "Ştutqart"a elçi düşüb
“Qalatasaray”ın yay transfer pəncərəsində “Ştutqart”ın iki futbolçusunu heyətinə qatmaq istədiyi məlum olub.
Sportline.az xəbər verir ki, Almaniya mətbuatı İstanbul klubunun Bilal Əl-Xannus və Ermedin Demiroviçlə maraqlandığını yazıb.
“Qalatasaray” rəsmisi Fatih Demireli də bu futbolçulara maraq göstərdiklərini təsdiqləyib. Lakin tərəflər arasında razılıq əldə olunmayıb və hər iki oyunçu Almaniya klubunda qalıb.