“Barselona” futbolçusuna qiymət qoydu
"Barselona” müdafiəçisi Alex Balde ilə yollarını ayırmağa hazır ola bilər.
Sportline.az xəbər verir ki, “OneFootball”un məlumatına görə, Kataloniya klubu ispaniyalı futbolçunun transferi üçün ən azı 40 milyon avro tələb edir.
Bildirilir ki, qış transfer pəncərəsi ərəfəsində Balde ilə bağlı mümkün təkliflər nəzərdən keçirilə bilər.
23 yaşlı müdafiəçi Avropanın bir neçə klubunun maraq dairəsindədir.