“Heç kimin işini xilas etməyə ehtiyacımız yoxdur”
“Mançester Yunayted”in kapitanı Bruno Fernandes “Roma” ilə qarşılaşmadan sonra baş məşqçi Maykl Kerrikin gələcəyi barədə danışıb.
Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu komandanın baş məşqçinin vəzifəsini qorumaq üçün deyil, öz uğurları naminə mübarizə apardığını bildirib.
“Biz heç kimin işini xilas etməyə ehtiyac duymuruq”, – deyə Fernandes bildirib.
Qeyd edək ki, Fernandes bu açıqlamanı Kerrikin taktiki qərarlarını açıq şəkildə tənqid etdikdən sonra verib. O, həmin matçda ehtiyat oyunçular skamyasından meydana daxil olmuşdu.