11-ci tur "Zəfər turu" elan edildi

Vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu Peşəkar Futbol Liqası tərəfindən “Zəfər turu” elan edilib. 

Sportline.az xəbər verir ki, bu haqda PFL-in yaydığı açıqlamada bildirilir.

Bununla bağlı olaraq turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.