Azərbaycan klubu maaşa görə meydana çıxmadı

Azərbaycan 1-ci Liqasının 7-ci turunda  bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” oyunu baş tutmayıb.

Sportline.az xəbər verir ki, qonaq konanda meydana çıxsa da, meydan sahiblərinin futbolçuları bundan imtina ediblər.  

Buna onların uzun müddətdir maaşlarını ala bilməməsi səbəb olub.

Saat 15:00-da başlanmalı qarşılaşma keçirilməyib.

“Mingəçevir” klubuna texniki məğlubiyyət verilməsi gözlənilir.