“Futbolda səhvlər həlledici olur”

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının IV turunda “Bayern”ə qarşı keçirdikləri oyundan sonra açıqlama verib.

Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb.

“Futbol fərdi məqamlardan ibarətdir, amma səhvlər də bu oyunun bir hissəsidir. Müdafiədə düzgün oynamamaq, topu itirmək və ya künc zərbəsində rəqibi nəzarətsiz buraxmaq qollara səbəb olur. Bu səhvlərdən ən yaxşı istifadə edən komandalar üstünlük qazanır”, – deyə Simeone bildirib.

O, komandasının ilk qola qədər rəqiblə yaxşı mübarizə apardığını vurğulayıb:

“55-60-cı dəqiqəyə qədər çox yaxşı mübarizə apardıq. Ancaq ilk qoldan sonra əvvəlki oyunumuzu davam etdirməli idik”.