“Həmin qol oyunun dönüş nöqtəsi ola bilərdi”

“Ştutqart”ın futbolçusu Kris Führik “Qalatasaray”la Çempionlar Liqası matçından sonra açıqlama verib.

Sportline.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçi komandasının İstanbulda yaxşı imkanlar əldə etdiyini, lakin bunlardan yararlana bilmədiyini bildirib.

“Biz çox şey etdik. Planlaşdırdığımız kimi başladıq. Ceymi Lüelinqin böyük qol şansı var idi. Əgər həmin epizodda qol vursaydıq, vəziyyət tamamilə fərqli olardı”, – deyə Führik bildirib.

O, özünün ikinci hissədə vurduğu, lakin ofsayd səbəbindən qeydə alınmayan qola da toxunub:

“Heyif ki, həmin qol sayılmadı. Düşünürəm ki, bu, oyunun dönüş nöqtəsi ola bilərdi. Biz hər şeyi etdik və meydanda bütün gücümüzü qoyduq”.