Luis Enrike: “Villarreal”a görə üzülürəm”
PSJ-nin baş məşqçisi Luis Enrike “Vilyarreal”la qarşılaşmadan sonra rəqib komandanın vəziyyətinə münasibət bildirib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin güclü komanda olduğunu söyləyib.
“Komandamızın etibarlı çıxış etmək və rəqibin kimliyindən, zədələrdən, stadiondan asılı olmayaraq qələbə qazanmaq qabiliyyəti var. Biz çox üstün idik, çünki topu rəqib qapısına yaxın ərazilərdə geri qaytara bildik”, – deyə Enrike bildirib.
O, “Vilyarreal”a rəğbət bəslədiyini də gizlətməyib:
“Bu, xoşuma gələn komandadır. Çətin rəqibdir. Onlara görə üzülürəm”.