Emeri: “Bu məğlubiyyətdən öyrənməliyik”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Barselona” ilə qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin üstünlüyünü qəbul edib.
“Bu nəticə yaxşı deyil. Müsbət məqamlar çox olsa da, yaxşı nəticə qazanmaq üçün kifayət etmədi. Komandamızı necə qurduğumuz 90 dəqiqə ərzində aydın görünür. Gənc, istedadlı və təcrübəli futbolçularımız var. Bu gün səhvlərə yol verdik”, – deyə Emeri bildirib.
O, ilk hissədə qol vura bilsəydilər, oyunun fərqli keçə biləcəyini də vurğulayıb.
“Bu təcrübə bizim üçün çox vacib idi. Komanda qururuq və bu oyun bizə öyrənmək, daha yaxşı mübarizə aparmaq üçün kömək etməlidir”.