"Bavariya"nın gözü "Arsenal"ın kapitanına düşüb
"Bavariya” “Arsenal”ın kapitanı Martin Odeqardın vəziyyətini diqqətdə saxlayır.
Sportline.az xəbər verir ki, bu barədə BBC-nin transfer xəbərləri icmalında məlumat verilib.
Münhen təmsilçisinin norveçli yarımmüdafiəçinin gələcək müqavilə vəziyyətini izlədiyi bildirilir. 27 yaşlı futbolçunun London klubu ilə növbəti müqaviləsi ətrafında qeyri-müəyyənlik yaranması Almaniya nəhənginin marağını artırıb.
Hələlik tərəflər arasında rəsmi danışıqların aparıldığı barədə məlumat yoxdur.