"Beşiktaş" "Seltik"in qonağı olacaq
UEFA Avropa Liqasında 4-cü turun oyunları bu gün keçiriləcək.
Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi "Beşiktaş" Şotlandiyada "Seltik"lə üz-üzə gələcək.
Heyətlərə nəzər saldıqda meydan sahiblərində əsas itki Alistar Conston və Yanq Yun adı ilə bağlıdır.
Vinçenso İtalianon komandasında kapitan Orkun Kökçü və Fabio Miretti zədə səbəbindən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Seltik" - "Beşiktaş" görüşü bu gecə yarısı saat 12-də başlanacaq. Qarşılaşmada söz sahibi almaniyalı hakim Saşa Stegemann olacaq.