"Arsenal"dan ayrılmaq istəyir

"Arsenal”ın yarımmüdafiəçisi Martin Zubimendi qış transfer pəncərəsində komandanı tərk etməyi nəzərdən keçirə bilər.

Sportline.az xəbər verir ki, bu barədə “Team Talk” nəşri məlumat yayıb.

İspaniyalı futbolçunun London klubunda oyun vaxtının azlığından narazı olduğu və yanvarda ayrılıq variantını nəzərdən keçirməyə hazır olduğu bildirilir.

27 yaşlı yarımmüdafiəçi bu mövsüm Mikel Artetanın əsas heyətində müntəzəm yer ala bilməyib.

Bununla belə, “Arsenal”ın baş məşqçisi futbolçunu qışda buraxmaq istəmir.