"Atletiko"dan "Arsenal"a təklif var

"Atletiko” “Arsenal”ın yarımmüdafiəçisi Mikel Merinonun transfer imkanlarını araşdırır.

Sportline.az xəbər verir ki, “TNT Sports”un məlumatına görə, Madrid klubu ispaniyalı futbolçunu qışda icarəyə götürməyi nəzərdən keçirir.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone yarımmüdafiə xəttini gücləndirmək istəyir. Merinonun İspaniya futboluna yaxşı bələd olması bu variantı cəlbedici edir.

Hələlik klublar arasında rəsmi danışıqların başladığı təsdiqlənməyib.