"Barselona"nın yeni planı
"Barselona” “Arsenal”ın müdafiəçisi Piero Hinkapyeni transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku ekvadorlu futbolçunun nümayəndələri ilə ilkin əlaqə yaradıb.
“Sport” nəşrinin məlumatına görə, Hansi Flik 24 yaşlı müdafiəçinin oyun keyfiyyətlərini bəyənir. Hinkapye həm mərkəz müdafiəçisi, həm də sol cinah müdafiəçisi mövqeyində çıxış edə bilir.
“Arsenal”ın futbolçunu yanvarda buraxmağa həvəsli olmadığı bildirilir. London təmsilçisi onun transferinə görə ödədiyi məbləğdən aşağı qiymətə razılaşmaq istəmir.
Qeyd edək ki, Hinkapye bu mövsüm Mikel Artetanın komandasında əsas heyətə düşməkdə çətinlik çəkir.