Emeri “Aston Villa”da qalır

Unay Emerinin “Aston Villa” ilə yeni müqavilə imzalamağa yaxın olduğu bildirilir.

Sportline.az xəbər verir ki, tərəflər 2029-cu ildən sonrakı dövrü əhatə edəcək anlaşmanın maliyyə şərtlərini və müddətini müzakirə edirlər.

Klub da baş məşqçi ilə əməkdaşlığın davam etdirilməsinə sadiq olduğunu açıqlayıb.