Duranın dublu, "Seltik"in "Beşiktaş" üzərində qələbəsi

UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Türkiyə "Beşiktaş"ını qəbul edən "Seltik" 3:2 hesabı ilə qalib gəlib.

Sportline.az xəbər verir ki, Şotlandiya klubunun heyətində 61-ci dəqiqədə meydana daxil olan "Qarabağ"ın sabiq futbolçusu Kamilo Duran dubl edib.

78 və 87-ci dəqiqələrdə fərqlənən kolumbiyalı hücumçunun hər iki qolu komandasını önə çıxarıb.

Oyunun videoicmalını təqdim edirik.