"Real Madrid" 16 yaşlı futbolçunu transfer etmək istəyir

"Real” “Mançester Yunayted”in akademiyasında çıxış edən JJ Qabrielin transferi istiqamətində irəliləyiş əldə edib.

Sportline.az xəbər verir ki, Madrid klubu 16 yaşlı futbolçu ilə şifahi razılığa gəlib və onu yanvarda heyətinə qatmaq niyyətindədir.

Gənc oyunçu sentyabrda “Mançester Yunayted”dən ayrılmaq istədiyini bildirib. Onunla “Barselona”, PSJ və “Bavariya” da maraqlanıb.

Maraqlı məqam odur ki, hələlik klublar arasında rəsmi danışıqlar aparılmayıb. İngiltərə təmsilçisi mümkün keçidlə bağlı hüquqi addımlar atmağı da nəzərdən keçirir.