“Napoli”də narazılıq böyüyür
“Napoli”nin Çempionlar Liqasında “Portu”ya 1:4 hesabı ilə uduzmasından sonra komandada gərginlik yaranıb.
Sportline.az xəbər verir ki, Skott Maktominey məğlubiyyətdən sonra qəzəbli olduğunu gizlətməyib.
“Əlbəttə, əsəbiyəm. Çempionlar Liqasında 1:4 hesabı ilə uduzmuşuq, sevinməli heç nə yoxdur”, – deyə şotlandiyalı futbolçu bildirib.
O, komandanın çoxsaylı zədə problemləri ilə üzləşdiyini və bunun hər üç gündən bir meydana çıxan kollektivə ciddi təsir etdiyini vurğulayıb.
Matteo Politano isə məğlubiyyətdən sonra digər komanda yoldaşlarının da jurnalistlər qarşısına çıxaraq məsuliyyəti bölüşməli olduğunu deyib.