Toral Bayramov öz qapısına qol vurdu...
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci liqasında avtoqola imza atıb.
Sportline.az xəbər verir ki, “Bursaspor”un futbolçusu “Antalyaspor”la bugünkü səfər matçında öz qapısına ağlasığmaz qol vurub.
Hadisə birinci hissəyə əlavə olunmuş 6-cı dəqiqədə baş verib. Toralın avtoqolu ilə hesab 1:1 olub. Matç elə bu hesabla da yekunlaşıb.
Start heyətində meydana çıxan Bayramov 79-cu dəqiqədə əvəzlənib.