DÇ-2026: Fransa İspaniyaya qarşı

Bu gün DÇ-2026-da yarımfinal mərhələsi start götürəcək.

Sportline.az xəbər verir ki, 1/2 finalın ilk matçında Fransa İspaniya ilə üz-üzə gələcək. "Dallas Stadium"da keçiriləcək oyun  Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

İngiltərə - Argentina yarımfinalı isə iyulun 15-də oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

DÇ-2026, yarımfinal

14 iyul

23:00. Fransa - İspaniya

Baş hakim: İvan Arsides Barton Sisneros

15 iyul

23:00. İngiltərə - Argentina 

Banner