De la Fuente adını tarixə yazdı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbol tarixində həm dünya, həm də Avropa çempionatını qazanan üçüncü baş məşqçi olub.

Sportline.az xəbər verir ki, bu nailiyyətə qədər yalnız iki mütəxəssis belə uğura imza atıb.

Onlardan biri ispaniyalı Visente del Boske, digəri isə almaniyalı Helmut Şön olub.

Del Boskenin rəhbərliyi altında İspaniya millisi 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatının qalibi olub. İki il sonra – 2012-ci ildə isə İspaniya yığması onun rəhbərliyi ilə Avropa çempionatını qazanıb.

Almaniya Federativ Respublikasının (AFR) millisi isə Helmut Şönün baş məşqçiliyi dövründə 1972-ci ildə Avropa çempionu, 1974-cü ildə isə dünya çempionu olub.

Luis de la Fuente 65 yaşındadır və 2022-ci ilin dekabrından İspaniya millisinin baş məşqçisi vəzifəsini tutur. O, əsas yığmaya qədər İspaniyanın müxtəlif yaş qruplarında çalışıb, xüsusilə 21 yaşadək futbolçulardan ibarət milli komandaya rəhbərlik edib. De la Fuentenin rəhbərliyi altında İspaniya millisi son illərdə böyük uğurlar əldə edib. Onun komandası texnikalı oyuna əsaslanan İspaniya futbol ənənələrini qorumaqla yanaşı, daha balanslı və nəticəyönümlü üslub nümayiş etdirib.

İspaniyalı mütəxəssis 2024-cü ilin ən yaxşı baş məşqçisi adına da namizədlər arasında yer alıb. Lakin FIFA səsverməsində bu mükafatı italiyalı çalışdırıcısı Karlo Ançelotti qazanıb. Ançelotti həmin dövrdə İspaniyanın "Real" klubu ilə UEFA Çempionlar Liqası, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkubokunu əldə etmişdi.

Banner