"Liverpul” Mak Allisterlə bağlı qərarını verdi
"Liverpul”un yarımmüdafiəçisi Aleksis Mak Allisterin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
Sportline.az xəbər verir ki, Argentina millisinin üzvünün klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Futbolçu uzunmüddətli gələcəyini “Liverpul”la bağlamaq istəyir. Lakin rəhbərlik yeni müqavilə danışıqlarına başlamağa tələsmir.
Mak Allisterin bu mövsüm yaxşı çıxış etməsinə baxmayaraq, müqavilə məsələsinin uzanması onun gələcəyi ilə bağlı suallar yaradıb. “Liverpul”un mövqeyi dəyişməsə, gələn yay transfer ehtimalı gündəmə gələ bilər.
Qeyd edək ki, söhbət təsdiqlənmiş ayrılıqdan yox, müqavilə danışıqları ilə bağlı mətbuatda yayılan məlumatdan gedir.