Batrakov İkardi və Jardelin rekordunu təkrarladı

“Qalatasaray” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda səfərdə “Lill”i 4:2 hesabı ilə məğlub edib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisinin heyətində fərqlənən Aleksey Batrakov klubun tarixinə düşüb.

Belə ki, o, Çempionlar Liqasındakı ilk üç oyununda ən azı iki qol vuran beşinci futbolçu olub. Rusiyalı yarımmüdafiəçi bu göstəricidə Mauro İkardi, Mario Jardel və Ümit Karanın nəticəsini təkrarlayıb.

İlk üç matçında daha çox qol vuran yeganə futbolçu isə Viktor Osimhen olub.

Qeyd edək ki, Batrakov bu yay “Qalatasaray”a transfer olunub.