“Bu oyundan dərs çıxarmalıyıq”

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının III turunda PSJ-yə 2:4 hesablı məğlubiyyətdən sonra komandasının səhvlərinə diqqət çəkib.

Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis bildirib ki, futbolçular topa sahibolma zamanı çoxlu səhvlərə yol veriblər.

“Bu oyundan dərs çıxarmalıyıq. Xüsusilə topa sahibolma zamanı və asan top itkilərində çox səhvlər etdik. Bunları təhlil edib komanda ilə müzakirə etməliyik”, – deyə Flik vurğulayıb.

O, Çempionlar Liqasının oktyabr ayında qazanılmadığını, komandanın qarşıda hələ çox işi olduğunu bildirib.